BANK

28 Dekabr

2025-ci ildə pul siyasətinin hədəfi açıqlanıb

Fins.az - “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2 faiz səviyyəsində saxlamaqdan ibarət olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq. Mərkəzi Bankın son (oktyabr 2024) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5,8 faiz ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. Mərkəzi Bank 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Ümumi inflyasiya ilə yanaşı, baza inflyasiyanın da dinamikası davamlı şəkildə təhlil olunacaq.