Finss.az - Son illərdə bir sıra ölkələrdə, xüsusilə Hindistan, Malayziya, Braziliya və Çin kimi dövlətlərdə, beynəlxalq ticarət və maliyyə hesablaşmalarında ABŞ dollarından asılılığın azaldılması tendensiyası müşahidə edilir.
Bu təşəbbüslər, ölkələrin milli valyutalarını gücləndirmək və valyuta ehtiyatlarını şaxələndirmək məqsədilə qlobal səylərin bir hissəsidir.
Bunlardan ən önəmlilərindən biri, 2018-ci ildə Hindistan və Malayziya arasında imzalanan razılaşmadır. Bu razılaşma çərçivəsində iki ölkə ticarət hesablaşmalarını hind rupisi ilə həyata keçirməyə başlayıb və beləliklə dolların istifadəsindən imtina edilir. Bu addım, maliyyə sabitliyinin gücləndirilməsinə və xarici valyutaların dəyişkənliyinin təsirinin azaldılmasına kömək edir.
Ən sonuncu misallardan biri, 2023-cü ildə Braziliya və Çin arasında imzalanan müqavilədir. Bu razılaşma ilə ölkələr öz arasında ticarət hesablaşmalarını yuandə və braziliya realı ilə aparacaq, dollar istifadə edilməyəcək. Bu qərar yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri gücləndirmək deyil, eyni zamanda Çin yuanının beynəlxalq bazarda daha çox istifadə edilməsinə dəstək olur.
Türkiyə, Rusiya və İran kimi digər ölkələr də milli valyutalarla hesablaşmalara keçid etmək üçün müxtəlif razılaşmalar imzalayıb və bu, ölkələrin iqtisadi müstəqilliyini gücləndirmək məqsədi güdür. Bununla yanaşı, iqtisadçılar qeyd edirlər ki, dedollarizasiya həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər. Bir tərəfdən, bu, ölkələrə öz iqtisadiyyatlarını idarə etməkdə daha çox azadlıq verir, digər tərəfdən isə dolların beynəlxalq ticarətdə geniş istifadə olunduğu üçün, bu dəyişiklik maliyyə bazarlarında qeyri-sabitliyə səbəb ola bilər.