BANK

26 Dekabr

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bu gün Türkiyə Mərkəzi Bankı (TMB)-nın Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Fins.az quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi azaldılaraq 50 %-dən 47,5 %-ə endirilib.

Qeyd edək ki, TMB aprel ayından bəri keçirilən son 8 iclasında uçot dərəcəsini 50 % səviyyəsində saxlayıb.