Bu ilin dekabrın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,2 milyard manat təşkil edib.
Fins.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 12,5 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 516,04 milyon manat pulu var.
Cari ilin dekabrın 1-nə regionlar üzrə ən az cəlb olunmuş əmanətlər isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Belə ki, burada məskunlaşan əhalinin banklarda 392 min manat pulu var.
Digər regionlar üzrə göstəricini təqdim edirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər |
||
Regionların adı |
Cəmi (min manat) |
Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu |
12,544,390 |
4.23% |
Abşeron-Xızı iqtisadi rayonu |
516,042 |
5.97% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
228,814 |
6.05% |
Quba-Xaçmaz iqtisadi rayonu |
138,604 |
5.24% |
Lənkəran-Astara iqtisadi rayonu |
127,310 |
5.29% |
Şəki-Zaqatala iqtisadi rayonu |
125,263 |
4.42% |
Mərkəzi Aran iqtisadi rayonu |
122,165 |
5.25% |
Qazax-Tovuz iqtisadi rayonu |
111,930 |
5.70% |
Qarabağ iqtisadi rayonu |
89,582 |
4.74% |
Şirvan-Salyan iqtisadi rayonu |
70,073 |
4.18% |
Naxçıvan iqtisadi rayonu |
72,607 |
3.68% |
Mil-Muğan iqtisadi rayonu |
48,090 |
3.50% |
Dağlıq Şirvan iqtisadi rayonu |
43,977 |
4.99% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
392 |
1.81% |
Cəmi |
14,235,576 |
4.37% |
Fuad Mədətov
Fins.az