BANK

26 Dekabr

Azərbaycanda pul bazası 12,2% artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda pul bazası 20,6 milyard manat təşkil edib.

Bu barədə Fins.az Mərkəzi Bankdan məlumat əldə edib.

Bildirilib ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4% azalıb, son 1 ildə isə 12,2% artıb.

Fuad Mədətov
Fins.az