BANK

18 Mart

MB: Birbaşa xarici investisiyalar 7 mld. dolları keçib

Finss.az - Azərbaycan iqtisadiyyatına 2024-cü ildə 7 milyard 46 milyon dollar həcmində birbaşa xarici investisiya yatırılıb.

Bu barədə Mərkəzi Bankın Statistik departamentinin direktoru Samir Nəsirov ötən ilin yekunları üzrə tədiyə balansının açıqlanmasına dair keçirilən brifinqdə məlumat verib.

O, həmçinin bildirib ki, ötən il Azərbaycan tərəfindən xarici iqtisadiyyata 1 milyard 762 milyon dollar həcmində investisiya yönəldilib.

Tədiyə balansı göstəriciləri ölkəyə daxil olan və ölkədən çıxan sərmayələrin strukturunu, eləcə də investisiya axınlarının dinamikasını izləməyə imkan yaradır. Ekspertlər hesab edirlər ki, ölkəyə qoyulan birbaşa xarici investisiyalar iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.