BANK

14 Mart

Azərbaycanda inflyasiyanın artmasına səbəb ola biləcək daxili risklər açıqlanıb

Azərbaycanda inflyasiyanı artıra biləcək daxili risk faktorları arasında xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd edilir.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.

Məlumatda vurğulanıb ki, kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim izlənilir. Eyni zamanda, inflyasiyanın risk balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişikliklər baş verməyib.

Qlobal risklər arasında mövcud geosiyasi gərginliklər və ticarət müharibələri fonunda beynəlxalq əmtəə bazarlarında qiymət dəyişkənliyi potensial inflyasiya təzyiqlərinə səbəb ola bilər. Yüksək qlobal qeyri-müəyyənlik, xüsusilə bəzi ölkələrdə milli valyutaların məzənnələrindəki dəyişikliklər və tarif artımları inflyasiya proseslərinə təsir göstərə bilər. Bu səbəbdən faiz dəhlizi parametrlərinin dəyişdirilməsi zərurəti ortaya çıxa bilər.

Fuad Mədətov
Finss.az