2025-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 27,7 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon manat və ya 29,4% artım nümayiş etdirib.
Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata əsasən, 2024-cü ilin yanvar ayında ölkədəki bankların valyuta əməliyyatlarından əldə etdiyi xalis gəlirlər 21,4 milyon manat olub.
Eyni zamanda, hesabat dövründə Azərbaycanın bank sektorunun xalis mənfəəti 71 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 milyon manat və ya 28,7% azalıb. 2024-cü ilin yanvar ayında isə ölkə banklarının xalis mənfəəti 99,6 milyon manat olub.
Fuad Mədətov
Finss.az