Finss.az - 2025-ci ilin yanvar ayında Qazaxıstan bankları, qeyri-rezidentlər üçün 12 aydan uzun müddətə kart açmaq hüququnun məhdudlaşdırılması ilə bağlı yeni qaydalara cavab olaraq beynəlxalq ödəniş kartlarının emissiyasını əhəmiyyətli dərəcədə artırıb.
Qazaxıstan Mərkəzi Bankının məlumatlarına əsasən, beynəlxalq ödəniş sistemlərinin (BÖS) kartlarının sayı 3,9% artaraq 1 fevral 2025-ci il tarixinə 56,7 milyon ədədə çatıb. Bu, 2023-cü ilin yazından bəri ən böyük artım sayı hesab olunur.
Bundan əvvəl, 2024-cü ilin ikinci yarısının əvvəllərində Qazaxıstan bankları ümumilikdə 78 milyon ödəniş kartı buraxmışdı. Buradan 80%-i debet kartları, 15,9%-i isə kredit kartları təşkil edib.