BANK

26 Fevral

Manatın dövretmə sürəti 3,26 bənd təşkil edib

Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası-manatın dövretmə sürəti 3,26 bənd təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin yanvarın 1-i ilə müqayisədə 0,19 bənd və ya 5,5% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,9% çoxdur.

Bu ilin yanvarın 1-də manatın dövretmə sürəti 3,45 bənd, ötən ilin fevralın 1-nə isə 3,20 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Fuad Mədətov
Finss.az