BANK

25 Fevral

Azərbaycanda tikinti materialları və kimyəvi qatqıların istehsalına 6 milyon manatlıq güzəştli kredit ayrılıb

Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən tikinti materialları və kimyəvi qatqıların istehsalı sahəsinin təşkili layihəsi üzrə 6 milyon manat güzəştli kredit ayrılıb.

Finss.az xəbər verir ki,  bu barədə SİF məlumat yayıb.

Məlumata görə, güzəştli kredit "Kartaş Kimya” MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.

Fuad Mədətov
Finss.az