BANK

24 Fevral

Daha bir layihə üzrə güzəştli kredit ayrılıb

Finss.az - Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən tikinti materialları və kimyəvi qatqıların istehsalı sahəsinin təşkili layihəsi üzrə 6 milyon manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, güzəştli kredit "Kartaş Kimya” MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.