BANK

24 Fevral

Goldman: Dolların yüksəlişi risk altındadır

Finss.az - Goldman Sachs-in strateqləri, valyuta treyderlərinin Tramp administrasiyasının yeni tariflər tətbiq etmə riskini düzgün qiymətləndirmədiklərini və bunun dolların cazibədarlığını artıraraq, gələcəkdə daha da artmasına səbəb olacağına inanırlar.

Bloomberg-ə istinadən yayılan xəbərə görə, Karen Reyçgott Fișman və Leksi Kanter, tarif risklərinin hələ də lazımi şəkildə qiymətləndirilmədiyini vurğulayıblar.

Onların sözlərinə görə, bütün tariflər valyuta bazarına bərabər təsir etmir, lakin son həftələrdə əsas krrossoverlərdə qiymətlərin azaldığını nəzərə alaraq, dollar üzrə uzun mövqelər daha cəlbedici görünür.

Dolların qiyməti, Donald Trampın seçilməsi ilə bir neçə həftə ərzində kəskin artmışdı, çünki investorlar proteksionist ticarət siyasətinin inflyasiya və ABŞ-da gəlirliliyi artıracağına inanmışdılar. Lakin keçən ay dolların qiyməti azalmağa başlayıb, dövlət istiqrazları isə artıb. Bəzi mütəxəssislər, Trampın tarif siyasətinin qlobal ticarət tərəfdaşlarının reaksiyasına görə dolları zəiflədə biləcəyini qeyd edirlər.

Goldman Sachs komandası, dollar üzrə uzun mövqelərin saxlamağın çətin olduğunu, amma avro və kanada dolları əleyhinə mövqelərin tarif risklərinə qarşı ucuz sığorta təmin etdiyini bildirir.

Hazırda Bloomberg Dollar Spot indeksi 106,30 səviyyəsində ticarət olunur və əvvəlki dövrə nisbətən 0,3% azalıb. Dollar, üç həftəlik enişdən sonra hələ də təzyiq altındadır.