BANK

03 Dekabr

Dollarla kreditlərin payı 16.6%-ə düşüb

2024-cü ilin 9 ayında Azərbaycanda kreditlərin dollarlaşma səviyyəsi azalmağa davam edib.

Fins.azMərkəzi Bankın məlumatına istinadən xəbər verir ki:

  • Manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artıb.
  • Xarici valyutada olan kreditlərin ümumi kreditlərdə payı 2 faiz bəndi azalaraq 16.6%-ə düşüb.
  • Manatla verilmiş yeni kreditlərin orta faiz dərəcəsi 16%, xarici valyutada isə 6% təşkil edib.

Ümumi göstəricilər:

  • Kredit portfeli (bank və qeyri-bank kredit təşkilatları) 18.5% artaraq 28.4 milyard manata çatıb.
  • Uzunmüddətli kreditlərin payı 83.9%-ə yüksəlib (23.8 milyard manat), qısamüddətli kreditlər isə 16.1%-ə enib (4.6 milyard manat).

Sektorlar üzrə artım:

  • Ticarət və xidmət: 14.1% artım,
  • Sənaye və istehsal: 80.1% artım,
  • İnşaat və tikinti: 6.3% artım.

Biznes kreditləri: Bankların kredit portfelində ən böyük paya sahibdir və 14% artaraq 14.4 milyard manata çatıb.