BANK

03 Dekabr

Manatın ABŞ dolları qarşısında rəsmi məzənnəsi 1.7 manat oldu

2024-cü ilin 9 ayında manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənmiş, real effektiv məzənnəsi isə 3.3% ucuzlaşıb.

Fins.az, Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, manatın real effektiv məzənnəsinin ucuzlaşmasının əsas səbəbi, ölkə inflyasiyasının ticarət tərəfdaşları ilə müqayisədə daha aşağı olmasıdır. Nominal effektiv məzənnə isə ticarət tərəfdaşlarına qarşı möhkəmlənib.

Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat olub. Banklararası əməliyyatlar əsasında manatın ABŞ dollarına qarşı qiyməti rəsmi məzənnəyə yaxın olub: kommersiya banklarının 1 ABŞ dolları üçün alış və satış məzənnəsi rəsmi məzənnədən müvafiq olaraq 0.32% və 0.12% fərqlənib.

Manatın ticarət tərəfdaşlarına qarşı məzənnə dəyişiklikləri belə olub:

  • Türk lirəsi qarşısında 17.1% möhkəmlənmə,
  • Ukrayna qrivnası qarşısında 11.2% möhkəmlənmə,
  • Qazaxıstan tengəsi qarşısında 5.3% artım.

Digər tərəfdən, manatın məzənnəsi avro qarşısında 1.7%, İngiltərə funt sterlinqi qarşısında 4.2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşmışdır. Bu dəyişikliklər ikitərəfli məzənnə dinamikası ilə əlaqəli olub.