BANK

03 Dekabr

Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozları

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü və 2025-ci illər üçün iqtisadi artım proqnozlarını yeniləyib.

Fins.az xəbər verir ki, proqnoza görə, 2024-cü ildə ümumi ÜDM artımı 3.9%, qeyri-neft sektoru üzrə isə 6.5% olacaq. Qeyri-neft sektoru üzrə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi ev təsərrüfatlarının və dövlət idarələrinin istehlak xərcləri olacaq.

2024-cü il üçün iqtisadi artım proqnozu əvvəlki ilə müqayisədə 0.3 faiz bəndi, qeyri-neft sektoru üzrə isə 0.8 faiz bəndi yuxarı reviziya edilib. Bu artımın səbəbi ev təsərrüfatlarının son istehlak xərclərinin və dövlət sektoru istehlakının daha yüksək artım tempinə görədir.

2025-ci ilə dair proqnozlara görə, ümumi ÜDM 3.3%, qeyri-neft ÜDM isə 5.1% artacaq. Bu proqnoz da əvvəlki ilə nisbətən 1.2 faiz bəndi (ümumi ÜDM), 0.7 faiz bəndi (qeyri-neft sektoru) yuxarı doğru reviziya edilib. 2025-ci il üçün artımın əsas amilləri ev təsərrüfatlarının və dövlət sektoru istehlaklarının daha yüksək templi artımıdır.

Bununla yanaşı, 2024-cü il üçün iqtisadi artımın əsas riski qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların azalması ola bilər.