BANK

03 Dekabr

AMB: 2024-cü ildə inflyasiya 5.1%-ə çatacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024 və 2025-ci illərdə illik inflyasiyanın hədəf diapazonu daxilində qalacağını proqnozlaşdırır. 2024-cü il üçün inflyasiya proqnozu 5.1%, 2025-ci il üçün isə 5.8% olaraq müəyyən edilib.

Fins.az, Mərkəzi Bankına  istinadən xəbər verir ki, 2024-cü il üçün tənzimlənən qiymətlər, dövlət istehlakı və kənd təsərrüfatı istehsalçıları qiymətlərinin təsiri ilə inflyasiya 5.1%-ə yüksələcək. Ticarət tərəfdaşlarında inflyasiya 9.8% səviyyəsində gözlənilir, bununla da əvvəlki proqnozdan 0.2 faiz bəndi aşağı qiymətləndirilmişdir.

2025-ci il üçün inflyasiya proqnozunun 5.8% olması, əsasən, dövlət istehlakı, ev təsərrüfatlarının istehlakı və KİQİ-nin artımını əks etdirir. Bu ilin əvvəlinə olan inflyasiya gözləntilərindəki yuxarı reviziya, xüsusilə KİQİ-nin 6.8% artması ilə bağlıdır.

AMB, manatın nominal effektiv məzənnəsi və xarici inflyasiya amilləri kimi faktorların inflyasiya proqnozlarına təsir edəcəyini qeyd edir. Proqnozların dəqiqliyi həm daxili, həm də xarici iqtisadi dəyişikliklərə bağlı olacaq.

Cari ildə sektorlara görə inflyasiya gözləntilərində dəyişikliklər müşahidə olunub. Xidmət sektorunda ən yüksək qiymət artımı gözlənilir, tikinti və ticarət sektorlarında isə qiymət artımının azalması proqnozlaşdırılır.