Finss.az - Bu gün, Masato Kanda rəsmi olaraq Asiya İnkişaf Bankının (AİB) 11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
“Regionumuz üçün belə mühüm dövrdə AİB prezidenti kimi vəzifələrimin icrasına başlamaqdan böyük şərəf duyuram.”, - deyə cənab Kanda bildirib. “69 üzvümüzün etimadı və əzmkar heyətimizin güclü dəstəyi ilə mən, AİB-in dayanıqlı, inklüziv və davamlı inkişafı təşviq etmək missiyasını gücləndirməkdə qərarlıyam. Biz birlikdə tələb olunan inkişaf çağırışlarına cavab verərək AİB-in regionda etibarlı tərəfdaş olaraq qalmasına çalışacayıq.”
Masatsugu Asakawanı əvəz edən cənab Kanda mükəmməllik və innovasiya irsini etdirəcək. Beynəlxalq maliyyə və inkişaf siyasətində 40 ilə yaxın təcrübəyə malik olan cənab Kanda uzaqgörən liderliyi və bazarlarda dəyişkənliklərin baş verdiyi dövrdə atdığı qətiyyətli addımları ilə tanınır. Yaponiya maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini kimi işlədiyi müddətdə, o, bazarları sabitləşdirməyə kömək edən innovativ maliyyə həlləri və siyasət tədbirlərinin hazırlanmasında mühüm rol oynayıb.
“Masato Kanda AİB-ə zəngin təcrübə və yeni perspektiv gətirir. Mürəkkəb maliyyə problemlərinin həllində və beynəlxalq əməkdaşlığın təşviqindəki zəngin təcrübəsi ilə o, güclü tərəflərimizi daha da inkişaf etdirərkən və yaranan imkanlardan istifadə edərkən bizi irəli aparacaq ən ideal rəhbərdir.”, - AİB Rəhbərlər Şurasının sədri Fabio Panetta bildirib. “Mən əminəm ki, onun rəhbərliyi ilə AİB inkişaf etməkdə olan üzv ölkələrimiz üçün məqsədyönlü və müsbət təsirlərə malik həllər təqdim edəcək”.
“Mən əsaslı dəyişiklikləri həyata keçirmək, xüsusən də ən çox köməyə ehtiyacı olanlar üçün təşkilatımız daxilində kollektiv təcrübədən yararlanmağa və tərəfdaşlarımızla yaxından işləməyə hazıram.”, - deyə cənab Kanda təyinatı haqqında danışarkən bildirib. "Bizim diqqətimiz real nəticələr verən praqmatik fəaliyyətlərə yönələcək ki, dəstəyimiz Asiya və Sakit Okean regionundakı insanların həyatı üçün uzunmüddətli irəliləyişləri təmin etsin."
Cənab Kandanın təyinatı AİB-də davam edən təkamülü, habelə bankın inkişaf etməkdə olan üzv ölkələrdə dinamik ehtiyacları ödəməyə dair qərarlılığını vurğulayır. Bank strateji inkişafın yeni mərhələsinə qədəm qoyarkən onun rəhbərliyi AİB-in güclü irsini davam etdirəcək, eyni zamanda qurumu gələcək çağırışların həllinə və yeni imkanlara doğru istiqamətləndirəcək.
Cənab Kanda AİB Rəhbərlər Şurası tərəfindən yekdil qərarla seçilib və bu onun əhəmiyyətli dəyişikliklərin baş verdiyi dövrdə AİB-ə rəhbərlik etmək qabiliyyətinə olan böyük inamı əks etdirir.
Onun mürəkkəb iqtisadi siyasətlərin idarə edilməsində böyük təcrübəsi və çoxtərəfli əməkdaşlığa dair praktiki təcrübəsi AİB-in sürətlə dəyişən qlobal vəziyyətə uyğunlaşmağa davam etməsində əvəzsiz rol oynayacaq.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.