BANK

03 Dekabr

Banklar yaşıl keçidi dəstəkləmək üçün addımlar atacaq - AMB rəsmisi

Azərbaycan bank sektoru COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi üçün 2 milyard manatlıq maliyyə öhdəliyi götürüb. Azərbaycan Mərkəzi Bankı bu hədəflərə nail olmaq məqsədilə yaşıl taksanomiya qəbul edib.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.

O qeyd edib ki, bu addım bank sektorunun ekoloji məsuliyyətinin artırılmasına və davamlı inkişafa təkan verəcək.

“Yaşıl keçidi dəstəkləmək üçün banklar səylərini əsirgəməyəcək,” - deyə Vüsal Xəlilov əlavə edib.

Fuad Mədətov
Fins.az