2024-cü ilin dekabrın 1-nə olan məlumata əsasən, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 967,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Fins.az tənzimləyici quruma istinadən xəbər verir.
Bu rəqəm noyabrın 1-i ilə müqayisədə 403,9 milyon dollar və ya 3,6% azalma göstərir. Qeyd edək ki, ötən ay valyuta ehtiyatlarının həcmi 11 milyard 371,7 milyon dollar idi.
İlin əvvəlinə nisbətən valyuta ehtiyatlarında 669,2 milyon dollar və ya 5,7% azalma qeydə alınıb. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatları 351,9 milyon dollar və ya 3,3% artım göstərib.
Fuad Mədətov
Fins.az