BANK

02 Dekabr

Azərbaycanda pul bazası artıb

Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 20 milyard 576,8 milyon manat təşkil edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 101,9 milyon və ya 0,5% çoxdur. Ötən ay bu göstərici 20 milyard 474,9 milyon manat olub.

İlin əvvəlinə nisbətən Azərbaycanda pul bazası 305,7 milyon və ya 1,5% azalıb, ötən illə müqayisədə isə 2 milyard 242,4 milyon manat 12,2% artıb.

Fuad Mədətov
Fins.az