BANK

21 Fevral

Azərbaycanda biznes kreditlərin həcmi 17% artıb

2024-cü ildə Azərbaycanda biznes kreditlərinin həcmi 17% artaraq 14,7 milyard manata çatıb.

Finss.az xəbər verir ki, "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov ötən həftə keçirlən Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı bu artımın 2 milyard manatdan çox olduğunu bildirib.

Onun sözlərinə görə, mikro və kiçik sahibkarlığa dəstək xüsusilə önə çıxır:

"Belə ki, biznes kreditlərinin 96%-i məhz mikro və kiçik sahibkarlıq subyektlərinə verilib".

Fuad Mədətov
Finss.az