Bu ilin noyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 37 milyard 22,1 milyon manat təşkil edib.
Fins.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 30,8 milyon manat və ya 5,8% çoxdur.
Cari ilin noyabrın 1-nə cəmi depozit və əmanətlərin 14 milyard 266 milyon manatı ev təsərrüfatlarına, 3 milyard 23,6 milyon manatı maliyyə təşkilatlarına, 19 milyard 732,5 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.
İllik müqayisədə ev təsərrüfatlarına məxsus depozitlər 1 milyard 702 milyon manat (13,5%), maliyyə təşkilatlarına məxsus depozitlər 1 milyard 94 milyon manat (56,7%) artıb, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər isə 765 milyon manat (3,73%) azalıb.
Fuad Mədətov
Fins.az