İnvestisiya şirkətlərində qadınların payı 44%-ə çatsa da, rəhbər vəzifələrdə onların təmsilçiliyi daha aşağı səviyyədə qalır.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
İnvestisiya şirkətlərində qadınlar ümumi işçi qüvvəsinin 44%-ni təşkil edir. Son 12 ayda isə bu sektorda işə qəbul edilənlərin 32%-i qadın olub.
Rəhbər vəzifələrdə qadınların təmsilçiliyi daha aşağıdır:
- Şöbə və departament rəhbərləri arasında qadınların payı – 25%
- İdarə Heyəti üzvləri arasında qadınların payı – 4%
- Müşahidə Şurasında qadınların payı – 12%
Fuad Mədətov
Finss.az