2024-cü ilin IV rübü üzrə Azərbaycanda 3 bankda fiziki şəxslərin depozit portfeli 1 milyard manatdan çoxdur.
Finss.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Bankların açıqladığı rəsmi hesabatlara əsasən, ən yüksək depozit portfeli olan banklar:
- Azərbaycan Beynəlxalq Bankı – 2 milyard 746 milyon manat
- Kapital Bank – 2 milyard 596 milyon manat
- Paşa Bank – 1 milyard 888 milyon manat
Bundan əlavə, fiziki şəxslərin əmanətlərinin 900 milyon manatdan yuxarı olduğu iki bank:
- Unibank – 956,4 milyon manat
- Xalq Bank – 948,3 milyon manat
Fuad Mədətov
Finss.az