2025-ci ilin yanvarın 1-nə Azərbaycan özəl banklarının cəmi kredit portfeli 20 milyard 327 milyon manat təşkil edib.
Fins.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülleteninə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 30,8 milyon manat (0,2%), illik müqayisədə isə 2 milyard 640,2 milyon manat (14,9%) artıb.
Özəl bankların ümumi kreditlərdəki payı 2025-ci ilin yanvarın 1-nə 69,4% olub. Bu göstərici 2024-cü ilin dekabrın 1-nə 69,8%, yanvarın 1-nə isə 69,4% təşkil edib.
Qeyd edək ki, özəl bankların cəmi kredit portfeli ötən ilin dekabrın 1-nə 20 milyard 296,2 milyon manat, yanvarın 1-nə isə 17 milyard 686,8 milyon manat olub.
Fuad Mədətov
Finss.az