BANK

17 Fevral

AYİB-in Azərbaycandakı kredit portfeli 1 milyard avronu keçib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 2024-cü il yanvarın 1-nə 1,052 milyard avro təşkil edib.

Finss.az bu barədə AYİB-ə istinadən xəbər verir.

Bankın ölkədə maliyyələşdirdiyi 33 layihə mövcuddur.

AYİB-in kredit portfelinin sektorlara bölünməsi:

  • Dayanıqlı infrastrukturun inkişafı – 92% (964 milyon avro)
  • Korporativ sektor – 5% (54 milyon avro)
  • Maliyyə institutları – 3% (34 milyon avro)

Ümumilikdə, AYİB indiyədək 195 layihə çərçivəsində Azərbaycana 4,04 milyard avrodan çox investisiya yatırıb.

Fuad Mədətov
Finss.az