BANK

17 Fevral

Azərbaycanda bank əmanətlərinin həcmi 15 milyard manata yaxınlaşır

2024-cü ilin sonuna əhalinin banklardakı əmanətlərinin ümumi məbləği 14 milyard 662 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 88%-i və ya 12 milyard 954 milyon manatı Bakı şəhərinin payına düşüb.

Adambaşına düşən orta əmanət məbləği:

  • Ölkə üzrə – 1 435 manat
  • Bakı şəhərində – 5 513 manat
  • Sumqayıt – 783 manat
  • Gəncə – 635 manat
  • Naxçıvan – 551 manat
  • Mingəçevir – 474 manat

Ən aşağı adambaşına əmanət göstəriciləri Laçın (2 manat) və Zəngilan (7 manat) rayonlarında qeydə alınıb. Bakı və Abşeron istisna olmaqla, Xaçmaz (409 manat), Qazax (336 manat) və Şirvan (310 manat) bölgələri ən yüksək göstəricilərə sahibdir.

Ən aşağı orta əmanət məbləği olan bölgələr:

  • Kürdəmir – 12 manat
  • Yardımlı – 23 manat
  • Lerik – 26 manat
  • Sədərək – 31 manat
  • Qobustan – 32 manat

Bu statistika bank sektorunda əmanətlərin bölgələr üzrə qeyri-bərabər paylandığını və Bakı şəhərinin dominant mövqeyini bir daha təsdiqləyir.