BANK

17 Fevral

Azərbaycanın xarici valyutada əmanətləri 4,9 milyard manata çatıb

Bu ilin yanvarın 1-nə Azərbaycanın rayon və şəhərlərinin əhalisi tərəfindən banklara xarici valyutada yerləşdirilmiş əmanətlərin həcmi təxminən 4,9 milyard manat təşkil edib.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, Bakı şəhəri əhalisi tərəfindən banklara 4,7 milyard manatdan çox əmanət yerləşdirilib.

Sumqayıt şəhəri 55,4 milyon manatlıq əmanətlə ikinci, Abşeron rayonu isə 36,3 milyon manatlıq əmanətlə üçüncü yerdə qərarlaşıb.

Gəncə əhalisinin banklarda 25 milyon, Zaqatala rayonunda isə 6,2 milyon manat əmanəti var.

Fuad Mədətov
Finss.az