2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının iri sahibkarlığa verdiyi ümumi biznes kreditlərinin həcmi 8 milyard 297,3 milyon manat təşkil edib.
Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, aylıq müqayisədə kredit portfeli 6,4 milyon manat (0,1%) artıb. İllik müqayisədə isə kreditlərin həcmi 2 milyard 45,6 milyon manat (32,7%) böyüyüb.
2024-cü ilin dekabrın 1-nə bu məbləğ 8 milyard 290,9 milyon manat idi. 2024-cü ilin yanvarın 1-nə isə 6 milyard 251,7 milyon manat təşkil edirdi.
Fuad Mədətov
Finss.az