Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib.
Fins.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-nin kapitalının minimum miqdarı aşağıdakı həcmdə müəyyən edilir:
- kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manat;
- qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT üçün - 100 (bir yüz) min manat.
- Kapitalın strukturu Qanunun 1.0.7-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Kapitala yalnız pul vəsaiti ilə ödənilən maliyyə alətləri daxil edilir.
Aşağıdakılar kapitalın hesablanması zamanı kapitaldan çıxılır:
- qeyri-maddi aktivlərin xalis dəyəri (amortizasiya nəzərə alınmaqla);
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
- BOKT-nin törəmə cəmiyyətləri, habelə digər hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
- Kapitalın hesablanması zamanı qənaətbəxş aktivlər üzrə yaradılan ehtiyatlar kapitaldan çıxılmır.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
“Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Fuad Mədətov
Fins.az