Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” ölkəmizdə plastik tullantıların azaldılması və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə Mastercard Azərbaycanın “Dayanıqlı Kartlar Proqramı”na qoşulub.
Bu barədə Fins.az-a bankdan məlumat verilib.
Proqram çərçivəsində ödəniş kartlarının hazırlanmasında polivinilxlorid materialının (PVC) istifadədən çıxarılması və 2028-ci ilə qədər bütün yeni buraxılmış kartların təkrar emal edilmiş və bio-mənşəli materiallardan hazırlanması hədəflənir. Azərbaycanda yerli maliyyə institutları bu mühüm hədəfə daha sürətlə çatmaq üçün Mastercard ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən polivinilxlorid materialından 2026-cı ilə qədər imtina etməyə dair müvafiq öhdəlik götürüblər.
Qeyd edək ki, PAŞA Bank Azərbaycanın sosial-iqtisadi inkişafa dair prioritetlərinə və BMT-nin Qlobal Sazişinin hədəflərinə uyğun biznesin düşünülmüş şəkildə idarə edilməsini təmin edir. Eyni zamanda, bank ətraf mühitə qayğı ilə yanaşmağı və cəmiyyət qarşısında məsuliyyətli korporativ qurum mövqeyi qazanmağı prioritetləşdirir, həmçinin maliyyə sektorunda dayanıqlı təcrübələrin tətbiqinə mühüm töhfə verir.
Zemfira Ms
Fins.az