BANK

12 Fevral

Azərbaycan banklarının kiçik sahibkarlığa verdiyi kreditlər 1,55 milyard manata çatıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının kiçik sahibkarlığa verdiyi biznes kreditlərinin ümumi həcmi 1 milyard 548 milyon manat olub.

Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 12,9 milyon manat (0,8%) artıb. Lakin, illik müqayisədə kiçik sahibkarlığa verilən kreditlər 36,9 milyon manat (2,3%) azalıb.

2024-cü ilin dekabrın 1-nə bu göstərici 1 milyard 535,7 milyon manat, 2024-cü ilin yanvarın 1-nə isə 1 milyard 585,7 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az