BANK

22 Noyabr

Rusiya beynəlxalq ehtiyatları bir həftədə 9,2 milyard dollar azalıb

Fins.az - Rusiya Mərkəzi Bankının məlumatına görə, 15 noyabr tarixinə ölkənin beynəlxalq ehtiyatları 611,6 milyard ABŞ dolları olub.

Bu, 8 noyabrda qeydə alınan 620,8 milyard dollarla müqayisədə 9,2 milyard dollar azalma deməkdir. Ehtiyatlar, xarici valyuta aktivləri, monetar qızıl və digər maliyyə alətlərindən ibarətdir.