Fins.az - Böyük Britaniyanın Milli Statistika İdarəsinin verdiyi məlumata əsasən, ölkədə istehlak qiymətləri sentyabr ayı ilə müayisədə oktyabr ayında illik ifadədə 2.3%, aylıq ifadədə isə 0.6% artıb. Qeyd etmək lazımdır ki, illik ifadədə sentyabr ayında inflyasiya 1.7% təşkil edib.
Analitiklər İstehlak Qiymətləri İndeksinin illik ifadədə 2.2% təşkil edəcəyini proqnozlaşdırmışdılar.
Həmçinin, Böyük Britaniyada İstehsal Qiymətləri İndeksi oktyabr ayında əvvəlki ay ilə müqayisədə dəyişməyib. Analitiklər isə göstəricinin 0.1% zəifləyəcəyini ehtimal edirdilər.
İllik ifadədə satış qiymətlərinin 0.9% azalacağı proqnoz olunsa da, göstəricinin zəifləməsi 0.8% təşkil edib.
Qida, tütün məmulatları, alkoqol və enerji resurslarını nəzərə almayan İstehsal Qiymətlərinin Baza İndeksi oktyabr ayında illik ifadədə 1.7%, aylıq ifadədə isə 0.3% təşkil edib.