BANK

21 Noyabr

Avstraliya faiz dərəcəsi dəyişikliyinə ehtiyac duymur

Fins.az - Avstraliya Ehtiyatlar Bankı (AEB) noyabr iclasında faiz dərəcələrinin dəyişdirilməsinə təcili ehtiyac olmadığını bildirdi.

AEB idarə heyətinin üzvləri pul-kredit siyasətinin kifayət qədər məhdudlaşdırıcı səviyyədə saxlanmasının vacibliyini vurğuladılar. Gələcəkdə ediləcək dəyişikliklərin çevik saxlanılacağını bildirən idarə heyəti üzvləri inflyasiyanın hədəfə doğru irəliləyib - irəliləməməsini yaxından izlədiklərini qeyd ediblər.