BANK

30 Oktyabr

Yeni mənzillərdən ƏDV qazancı əldəetmək üçün rahat imkan!

ABB mənzil-tikinti kooperativlərindən (MTK) alınmış mənzillərə görə “ƏDV geri al” qazancının əldə edilməsi üçün yeni imkan yaradıb. Müştərilər bu imkandan faydalanaraq “ƏDV geri al” qazanclarını ən rahat şəkildə əldə edə bilərlər.

Bu barədə Fins.az-a bankdan məlumat daxil olub.

Bu imkandan yararlanmaq istəyən mənzil alıcısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin //new.e-taxes.gov.az/eportal/az/login  portalında lazımi məlumatları daxil edib ABB-ni seçir. Ondan sonra MTK-lardan alınmış mənzilin “ƏDV geri al” qazancı cari hesabına köçür!

ABB-nin təqdim etdiyi bu yeni təcrübə müştərilərdə böyük məmnunluq yaradacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Zemfira Ms
Fins.az