Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
Fins.az xəbər verir ki, noyabrın 1-də AMB bu il ərzində yeddinci dəfə faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Son üç qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, eləcə də xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Fuad Mədətov
Fins.az