BANK

28 Oktyabr

Azərbaycanda faiz xərcləri ən çox artan bankların SİYAHISI

Azərbaycanda faiz xərcləri ən çox artan bankların adları açıqlanıb.

Fins.az biznes və maliyyə xəbərləri portalının bankların faiz xərclərinin dinamikasına dair hazırladığı reytinqə əsasən, ən yüksək artım "Yapı Kredi Bank Azərbaycan"da müşahidə olunub. Bankın faiz xərcləri 2,7 dəfə artaraq 2,9 milyon manat təşkil edib.

İkinci yerdə faiz xərclərində 2,2 dəfə və ya 17,5 milyon manat artımla "Azər Türk Bank" qərarlaşıb.

Üçüncü sırada isə "Kapital Bank" yer alıb – bankın faiz xərcləri 2 dəfə artaraq 80,7 milyon manata çatıb.

"Paşa Bank"ın faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 92,9% və ya 40,9 milyon manat artım göstərib.

"Azərbaycan Beynəlxalq Bankı"nda isə faiz xərcləri təxminən 72,6% və ya 69,7 milyon manat artıb.

Hesabat rübündə yalnız "Bank Avrasiya" (843 min manat və ya 33,2%) və "Bank Melli İran" Bakı filialının (3 min manat və ya 1%) faiz xərclərində azalma müşahidə olunub.

Fuad Mədətov
Fins.az