BANK

27 Oktyabr

Yelo Bank filiallarında xidmət vaxtı uzadılıb

Müştəri rahatlığını ön planda tutan Yelo Bank xidmətlərini daha əlçatan etmək üçün mühüm addım atıb. Artıq bank əməliyyatlarını qeyri-iş saatları və həftəsonu da rahatlıqla həyata keçirə bilərsiniz.

Bu barədə Fins.az-a bankdan  məlumat verilib.

Yeni dəyişikliklərə əsasən, Bankın Sahil və İnşaatçılar filialları həftəiçi 22:00-dək , həmçinin həftəsonuları 10:00-dan 14:00-dək xidmət göstərəcək.

Həftəiçi çatdıra bilmədiyiniz debet kart sifarişi, əmanət yerləşdirmək, kredit müraciəti, hesaba mədaxil/məxaric və digər gündəlik bank xidmətlərindən həftəsonu və işdən sonra Sahil və ya İnşaatçılar filialına yaxınlaşaraq faydalana bilərsiniz. Yelo Bank vaxtınıza dəyər verir və daha parlaq bank təcrübəsi üçün hər zaman yanınızdadır. Qeyd edək ki, uzadılmış iş saatlarında fiziki şəxslər üçün nəzərdə tutulmuş bank xidmətləri göstəriləcək. Daha ətraflı məlumat üçün: //bit.ly/48kkrPY

Bank xidmətləri (//www.yelo.az/az/individuals/online-services/loan_request/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Zemfira Ms
Fins.az