BANK

25 Oktyabr

Azərbaycanın bank sektorun 829,6 milyon manat xalis mənfəət əldə edib

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sektoru 829,6 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalıb.

Hesabat dövründə bankların əməliyyat gəlirləri 4 milyard 105,5 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15% artım deməkdir. Eyni zamanda, əməliyyat xərcləri 2 milyard 800,4 milyon manat (21,6% artım), xüsusi ehtiyatlara ayırmalar 289,5 milyon manat (31,2% artım), gözlənilməz gəlirlər isə 4,6 milyon manat (5,1 dəfə artım) olub.

Mənfəət vergisi ödəmələri isə 190,6 milyon manat təşkil edərək 11,2% azalma nümayiş etdirib.

Fuad Mədətov
Fins.az