Azərbaycanda faiz gəlirləri ən çox artan bankların adları məlum olub.
Fins.az bankların faiz gəlirləri üzrə hazırladığı reytinqə istinadən verdiyi məlumata görə, ən yüksək artım faiz ifadəsində "Bank Melli İran"ın Azərbaycan filialında qeydə alınıb. Bankın faiz gəlirləri 71% artaraq 1,5 milyon manat məbləğində böyüyüb.
"Bank Melli İran"dan sonra ikinci yerdə 68,2% artımla və ya 31,1 milyon manatlıq göstərici ilə "Azər Türk Bank" qərarlaşıb.
Üçüncü yerdə isə faiz gəlirlərini 39,4% artıraraq 31,9 milyon manata çatdıran "Yelo Bank" yer alıb.
"Rabitəbank"-ın faiz gəlirləri illik müqayisədə 27,7% artaraq 18,2 milyon manat təşkil edib.
"Ziraat Bank Azərbaycan"-nın faiz gəlirləri təxminən 25,9% artaraq 8,1 milyon manata çatıb.
Siyahıda altıncı sırada faiz gəlirlərini 25,3% artıraraq 34,8 milyon manata yüksəldən "Bank Respublika" qərarlaşıb.
"Bank VTB Azərbaycan"-nın faiz gəlirləri 22,8% artaraq 4,4 milyon manat dəyərində böyüyüb.
"Kapital Bank" son bir ildə faiz gəlirlərini 102,7 milyon manat, başqa sözlə 20% artırıb.
Hesabat rübündə yalnız "Bank Avrasiya"nın faiz gəlirlərində azalma müşahidə olunub. Bankın faiz gəlirləri 1 milyon manat və ya 8,4% azalıb.
Fuad Mədətov
Fins.az