Bu ilin sentyabr ayında bankların kredit portfeli avqust ayı ilə müqayisədə 2,4 faiz və ya 630,4 milyon manat artaraq 26,706 milyon manata çatıb.
Fins.az Mərkəzi Bankın hesabatına əsasən, xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 54 faiz (14 407,9 milyon manat), istehlak kreditlərinin payı 30,5 faiz (8 152,8 milyon manat), ipoteka kreditlərinin payı isə 15,5 faiz (4 145,3 milyon manat) təşkil edib.
Ay ərzində bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 2 329,2 milyon manat (+19,3 faiz), 1 472,7 milyon manat (+22 faiz) və 622,2 milyon manat (+17,7 faiz) artıb.