BANK

23 Oktyabr

SWIFT-də rəqib gəlir

BRICS ölkələrinin, yəni Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika, Qərb maliyyə sisteminə alternativ yaratmaq məqsədilə bir araya gəlməsi, dünya miqyasında geniş müzakirələrə səbəb olub.

Fins.az xəbər verir ki, bu çərçivədə Rusiya, yeni BRICS ödəniş sisteminin SWIFT-dən daha inkişaf etmiş olacağına dair vəd verib. Rusiya Maliyyə Nazirliyi Anton Siluanov, Kazanda keçirilən BRICS sammitində, bu yeni sistemin bank təşkilatlarının əvəzini ala biləcəyini və maliyyə mesajlarının ötürülməsi funksiyasını da özündə birləşdirəcəyini açıqlayıb.

Siluanovun sözlərinə görə, BRICS çərçivəsində yaradılacaq ödəniş sistemi yeni yanaşmalar və rəqəmsal maliyyə aktivlərinin istifadəsini nəzərə alaraq formalaşdırılacaq. O, mövcud sistemlərin siyasi müstəvidə manipulyasiyaya məruz qaldığını, buna görə də müstəqil bir sistemin yaradılmasının zəruri olduğunu vurğulayıb.

BRICS-in Qərbə alternativ maliyyə sistemi yaratma istəyi, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda daha da aktual hala gəlib. The New York Times-ın məlumatına görə, BRICS ölkələrinin dolları tərk etməsi, onların sanksiyalara qarşı daha az həssas olacağına işarə edir.