Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 22 oktyabr 2024-cü il tarixində Bakıda keçirilən “Agile Azərbaycan Beynəlxalq Sammiti -2024” (“Agile Azerbaijan International Summit-2024”) tədbirinin platin sponsorudur.
Bu barədə Fins.az-a bankdan məlumat verilib.
Sammitdə “PAŞA Bank”ı idarə heyətinin üvü Calal Orucov təmsil edib. Mükəmməl biznes idarəçiliyinə sahib Bank, innovasiyaların və "Agile" metodologiyasının tətbiqində fəal iştirak edir və platin sponsor olaraq göstərdiyi dəstəklə "Agile" yanaşmasına və biznesdə uğura sadiqliyini nümayiş etdirir.
Sahənin yüksək səviyyəli mütəxəssislərini, peşəkarları və həvəskarları bir araya gətirən sammit regionda “Agile” metodologiyalarına və onların müxtəlif sferalarda tətbiqinə fokuslanan ən böyük tədbirlərdən biridir. Tədbirdə cıxış edən müxtəlif yerli və beynəlxalq ekspertlər məhsul inkişafında data əsaslı yanaşmalara diqqət çəkib və potensial uğursuzluqlardan öyrənmək üçün alətlər təqdim ediblər.
Sammitin əhəmiyyətli bir hissəsi "Agile" transformasiyası zamanı çətinliklərin öhdəsindən gəlmək və gələcək uğurlar üçün strategiyalar, süni intellektin "Agile" proseslərinə inteqrasiyası və bankçılıq sektoruna transformasiyası, "Agile" yanaşmasının kritik aspektlərini əhatə edib. Tədbir çərçivəsində praktiki təlimlər və panel müzakirələri baş tutub. Bununla yanaşı, iştirakçılara təcrübə mübadiləsi və peşəkar əlaqələrin inkişafı üçün imkanlar təqdim edilib.
Azərbaycanın maliyyə sektorunun liderlərindən olan “PAŞA Bank” artıq 7 ildir ki, "Agile" metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib.
Zemfira Ms
Fins.az