Azərbaycanda kredit portfeli ən çox artan bankların siyahısı açıqlanıb.
Fins.az-ın bankların kredit portfeli üzrə dinamikasına əsasən hazırladığı renkinqə görə, 2024-cü ilin müvafiq dövründə aşağıdakı banklar kredit portfelinin artımında liderdir:
- Azər Türk Bank: Kredit portfelində 74% artım müşahidə olunub. Bu, məbləğ olaraq 331,9 milyon manat təşkil edir.
- Azərbaycan Beynəlxalq Bankı: İkinci yerdə gələn bankın kredit portfeli 21% və ya 1 milyard 39,1 milyon manat artıb.
- Bank VTB Azərbaycan: Kredit portfelini 20% və ya 27,9 milyon manat artırıb.
- Kapital Bank: Kredit portfelində 12% və ya 511,3 milyon manat artım baş verib.
- Yelo Bank: Bankın kredit portfeli təxminən 20% və ya 843,1 milyon manat artıb.
- Bank Respublika: Kredit portfelində 15% və ya 178,1 milyon manat artım qeydə alınıb.
- Paşa Bank: Kredit portfeli 15% və ya 413,5 milyon manat artıb.
- Expressbank: Kredit portfeli 14% və ya 58,9 milyon manat artıb.
- Bank Of Baku: Kredit portfeli 14% və ya 91,6 milyon manat artıb.
- Ziraat Bank Azərbaycan: Kredit portfeli 14% və ya 53,5 milyon manat artım göstərib.
Ümumilikdə hesabat rübündə 22 bankdan 19-nun kredit portfelində artım qeydə alınıb.
Fuad Mədətov
Fins.az