BANK

17 Oktyabr

Azərbaycan banklarının aktiv həcminə görə rüblük REYTİNQİ

Azərbaycanda bu ilin 3-cü rübü aktivlərinin həcmi ən çox olan bankların adları məlum olub.

Fins.az bankların rüblük hesabatları əsasında hazırladığı aktivlərin həcmi üzrə reytinqə istinadən xəbər verir.

Reytinqə görə, ən böyük aktivlərə təqribən 13,4 milyard manat göstəricisi ilə bank sektorunun lideri olan ABB gəlir.

ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın aktivləri təqribən 10,3 milyard manat göstəricisi ilə ikinci pillədə yer alır.

Təxminən 8,6 milyard manat göstəricisi ilə "Paşa Bank" 3-cü, 2,9 milyard manatla "Xalq Bank" 4-cü, 2,2 milyard manatla "Bank Respublika" isə 5-ci pillədə qərarlaşıb.

Digər bankların aktivlərinin həcmi 1-2 milyard manat arasındadır. Həmin bankların aktivlərin həcmi üzrə sıralaması aşağıdakı kimidir:

  • "Unibank" - 1,7 milyard manat
  • "Azər-Türk Bank" - 1,5 milyard manat
  • "AccessBank" - 1,5 milyard manat
  • "Yelo Bank" - 1,2 milyard manat
  • "Rabitəbank" - 1,2 milyard manat

Aktivləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (118,3 milyon manat) və "Bank Avrasiya" (204,7 milyon manat) olub.

Fuad Mədətov
Fins.az