BANK

16 Oktyabr

"Bank Melli İran" Bakı Filialının III rüb üzrə xalis mənfəəti 1,8 dəfə artıb - HESABAT

"Bank Melli İran" Bakı filialı 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 5 milyon 24 min manat xalis mənfəətlə başa vurub. Filial 2023-cü ilin eyni dövrünü 2 milyon 794 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 1,8 dəfə artıb. Artımın xeyli hissəsi (2 milyon 474 min manat) aktivlər üzrə yaradılmış ehtiyatdan qayıdan vəsaitlə əlaqədardır.

Fins.az xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2023-cü ilin 9 ayında 2 milyon 175 min manat, 2024-cü ilin 9 ayında isə 3 milyon 723 min manata yüksəlib (1 milyon 548 min manat və ya 71% artım).

"Bank Melli İran" Bakı filialının cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 3 milyon 466 min manat azalaraq 118 milyon 298 min manata düşüb. Kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 299 min manat və ya 2,3 dəfə azalaraq 1 milyon 780 min manata enib. Lakin filialın qiymətli kağızlara investisiyaları və digər maliyyə institutlarına yatırılan vəsaitləri artıb.

Fuad Mədətov
Fins.az