BANK

16 Oktyabr

Bank of Baku kredit portfeli 13.9% artıb

2024-cü ilin yanvar-sentyabr aylarında "Bank of Baku"nun kredit portfeli 13,9% artaraq 750 milyon 604 min manata çatıb. Bankın 2023-cü ilin sonundakı kredit portfeli 659 milyon 43 min manat idi.

Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir. 

İstehlak kreditləri 564 milyon 983 min manata, ipoteka kreditləri isə 46 milyon 576 min manata yüksəlib. Bununla yanaşı, bankın biznes kreditləri portfeli 9 milyon 43 min manat azalaraq 139 milyon 44 min manata enib.

Ümumilikdə, istehlak və ipoteka kreditləri portfellərində 100 milyon manatdan çox artım müşahidə edilib.


Fuad Mədətov
Fins.az