2024-cü ilin yanvar-sentyabr aylarında "Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli 20,3% artaraq 225 milyon 69 min manata çatıb. 31 dekabr 2023-cü il tarixində bu göstərici 187 milyon 120 min manat idi.
Bu barədə Fins.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir. Bankın istehlak kreditləri 96 milyon 39 min manata, biznes kreditləri 73 milyon 520 min manata, ipoteka kreditləri isə 55 milyon 511 min manata yüksəlib.
Bank VTB daha sərfəli faiz dərəcələri ilə kredit məhsulları təklif edir. Nağd kredit illik 10,49%-dən başlayaraq 59 ayadək 50 min manatadək verilir. Sentyabrda bank pərakəndə kredit məhsullarını genişləndirib və girov olaraq qızıl və zinət əşyaları ilə lombard kreditinə müraciət imkanı yaradıb.
Fuad Mədətov
Fins.az